Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?

23.06.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Sükan arxasında mobil telefondan istifadəyə görə demək olar bütün ölkələrdə inzibati məsuliyyət nəzərdə tutulub. Lakin, qida qəbulu və ya su içmək əksər ölkələrdə qayda pozuntusu kimi tövsif edilmir. Bununla belə, ekspertlər narahatdırlar. 

Avtosfer.az xəbər verir ki, rusiyalı ekspert Dmitri Slavnovun fikrincə, sükan arxasında qida qəbulu və ya su içmək telefondan daha çox risk yaradır: “telefon əldən düşərsə risk yoxdur. Lakin sürücü dönəri və ya kofeni daha diqqətlə tutur. Bunlar əldən düşsə paltar batacaq. Bütün diqqət qidaya yönəldiyindən avtomobilin idarə edilməsi minimallaşır. Bu daha qorxuludur, nəinki telefon”.

Qeyd edək ki, bəzi ölkələrdə sükan arxasında qida qəbulu da qadağan edilir. Məsələn, Belçika və Fransa qanunvericiliyinə görə, sürücünün manevr imkanlarını məhdudlaşdıran istənilən davranış inzibati xəta predmetidir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью