Sükan arxasında yuxulaması AĞIR QƏZAYA səbəb oldu FOTO/VİDEO

02.01.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 31-də Hacıqabul-Bakı istiqamətində qeydə alınıb.

"Hyundai Sonata" markalı, 90-OF-344 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində bir nəfərin ağır xəsarət aldığı deyilir.

Əldə etdiyimiz məlumata görə, avtomobilin sürücüsü polisdir və yuxuladığı üçün onu idarə etməyi oğluna həvalə edib. Oğlu da yuxulayıb və qəza baş verib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYP), həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью