Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 19-da günorta saatlarında qeydə alınıb. Belə ki, çörək daşıyan maşın “Ford Transit” markalı maşın idarəetmədən çıxaraq iş dirəyinə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Hadisə zamanı
nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma davam edir.
Nərmin