Sükan arxasında yuxulayan sürücü keçidən keçən məktəblini vurdu VİDEO

14.11.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sükan arxasında yuxulayan sürücü məktəblini vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Moskva vilayətində baş verən hadisənin kadrları təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Belə ki, vilayətin Çexov şəhərində səhər saatlarında taksi şirkətlərinin birinə məxsus olan “Haval” markalı minik avtomobilinin sürücüsü sükan arxasında yuxulayaraq piyada keçidindən keçən məktəblini vurub. Zərbənin təsirindən məktəbli bir neçə metr kənara düşüb.
Xəsarətlər alan məktəbli xəstəxanaya aparılıb. Sürücü isə yol polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq tədbir görülür. 
Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью