Sükan arxasında yuxulayan sürücü körpüdən aşdı DYP dən XƏBƏRDARLIQ VİDEO

14.07.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Xaçmaz rayon sakini Hüseyn Məmmədovun idarə etdiyi VAZ markalı avtomobil Xaçmaz-Xudat yolunda, Qudyalçay çayı üzərindən keçən körpüdən çaya aşıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, ilkin araşdırmalara görə hadisənin baş verməsinə səbəb sürücünün yorğun-yuxusuz halda sükan arxasında əyləşməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır yol-nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücülərə müraciət edərək, onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına  biganə yanaşmamağa çağırır.

Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Həmin zaman kəsiyinin arzuları yarıda qoymaması üçün sükan arxasında ayıq-sayıq olmağımız mühüm şərtdir!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью