Icma.az bildirir, Avtosfer portalına istinadən.
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 23-də səhər saatlarında rayonun Nizami kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil 90-AL-747 dövlət nömrə nişanlı “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
İlkin iddialara əsasən, qəzaya “Mercedes” sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227262.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar