Sükanı buraxıb telefonla oynayan sürücü 20DC098 VİDEO

15.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Sükan arxasında ağılasığmaz hərəkət edən sürücü özünü videoya çəkərək sosial şəbəkədə paylaşıb.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Sürücü Əli Eyvazov idarə etdiyi "VAZ-21703" markalı 20-DC-098 qeydiyyat nişanlı avtomobili idarə edən zaman əllərini sükandan çəkərək idarə etməni yanındaki sərnişinə həvalə edib. Özü isə həmin zaman mobil telefonla məşğul olub.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 342.1.4 maddəsiylə 40 manat məbləğində cərimə oluna bilər.

Görüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisində araşdırmalara başlanılıb, tezliklə mələyə hüquqi qiymət veriləcək

Könül Rauf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью