Sükanı ona etibar etdinizsə... BDYPİ dən ciddi xəbərdarlıq

28.08.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Yetkinlik yaşına çatmayan şəxslərin sükan arxasına keçməsi sadəcə qayda pozuntusu deyil, ciddi təhlükə mənbəyidir.

"Yeni Sabah" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi valideynləri və nəqliyyat vasitəsi sahiblərini məsuliyyətli olmağa, avtomobilin idarə edilməsini sürücülük hüququ olmayan azyaşlılara etibar etməməyə çağırıb.

İdarədən bildirilib ki, bir anlıq məsuliyyətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. pizza

BDYPİ valideynləri övladlarının təhlükəsizliyini nəzərə almağa və nəqliyyat vasitəsinin idarə olunmasını sürücülük hüququ olmayan şəxslərə etibar etməməyə çağırıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью