Sükansız və əyləcsiz avtomobilin sınağından video paylaşdı

01.07.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin “Tesla” şirkəti sürücüsüz və əyləcsiz “Tesla Cybercab” avtomobilinin seriyalı versiyasının sınağını həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki hesabında sınaq prosesinin görüntülərini paylaşıb. 

Texas ştatının Ostin şəhərində keçirilən sınaqlarda sərnişin oturacağında təhlükəsizliyə nəzarət edən əməkdaşın əyləşdiyi əks olunub. 

Qeyd edək ki, “Cybercab” avbtomobilinin təqdimatı təxminən iki il əvvəl baş tutub. Bu avtomobil “Tesla”nın mobil tətbiqi vasitəsilə çağırılan tam avtonom robotaksi kimi xarakterizə olunur. 

Son həftələrdə “Tesla” ABŞ-nin bir neçə şəhərində sükan və pedallı “Cybercab” prototiplərini sınaqdan keçirib, həmçinin yüzlərlə belə avtomobili parkinqlərdə yerləşdirib ki, bu da genişmiqyaslı robotaksi şəbəkəsinin tezliklə işə salınacağı ehtimallarını gücləndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью