Şükufə Yusupova evə buraxıldı

17.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb. 

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:

“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”. 

Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.

Lamiyə Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью