Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb

17.06.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

SİA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə - 196 nəfər köçürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью