Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.
***12:11
Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə daha 18 ailə yola salınıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.