Şükürov uğursuzluğun səbəbini hakimlərdə görür: “Mövsüm bitəndən sonra…”

22.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adil Şükürov “Səbail”lə vidalaşıb. Mütəxəssisin “dənizçilər”lə müddəti başa çatan müqaviləsi uzadılmayıb.

Şükürov “Futbolpress.az“a açıqlamasında klubdakı mühitdən söz açdı:

“Səbail”də mənə çox xoş olan insanlarla çalışdım. Bundan sonrakı iş yerlərimdə də belə mühitin olmasını istərdim. Hər kəsə çox minnətdaram. Yaxşı komanda formalaşdırılmışdı. Mənimlə birlikdə bu kluba gələn məşqçilərin adından da onlara təşəkkür edirəm”.

“Səbail” I Liqada mövsümü üçüncü sırada başa vurdu və elitaya vəsiqə qazana bilmədi. Şükürov uğursuzluğu belə şərh etdi:

“Hər kəs komanda üçün yaxşısını etməyə çalışdı. Bəzi oyunlar oldu ki, istədiyimiz xalları qazana bilmədik. Buna kənar amillər də təsir etdi. Bilirsiniz ki, bu il liqada hakim səhvləri daha çox oldu. Mövsüm bitəndən sonra bir statistika çıxartdım, deməli, komanda mənim dönəmimdə ən çox Premyer Liqadan gələn hakimlərin təyinat aldığı oyunlarda xallar itirib. Futbolçularım çalışdılar, amma hakim qərarları nəticələrə təsir etdi. Yekun nəticə də belə oldu və bu, hamının karyerasında bir iz qoydu. Bundan sonra irəli baxmalıyıq. Çalışırıq ki, olduğumuz yerdə əlimizdən gələnin yaxşısını edək”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью