Sulduzda çox sayda insan dəm qazından zəhərlənib

18.12.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Dekabrın 17-i gecə saatlarında Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərinin şadlıq saraylarından birində dəm qazı sızması nəticəsində 18 nəfər zəhərlənərək xəstəxanaya köçürülüb.

Gunaz.tv

Bu barədə əyalətin Təcili Yardım Mərkəzinin başçısı Fərzin Rzazadə məlumat yayıb.

O, zəhərlənənlər arasında ölüm faktının qeydə alınmadığını, ancaq müalicəsi davam etdirilən bir neçə nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Qeyri-rəsmi mənbələr hadisənin İran istehsalı olan qeyri-standart isitmə sistemləri ilə əlaqəli olduğunu qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью