Sulduzda tarixi əsərlər aşkarlanaraq götürülüb

24.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsində qaçaqmalçılardan 100 ədəd tarixi və antik əşyalar aşkarlanaraq götürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Kimliyi açıqlanmayan qaçaqmalçı saxlanılıb, onun antik əşyaları ölkədən çıxarmaq niyyətində olduğu bildirilib.

İlkin dəyərləndirmələrə görə, tarixi əşyalar Həsənli təpəsində aparılan qanunsuz qazıntılar zamanı əldə edilib və eradan əvvəlki illərə aiddir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью