Süleyman İsmayılzadə: “Qızıl medalla qayıdacağıma söz vermişdim”

02.10.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mən söz vermişdim qızıl medalla qayıdacam, nəhayət ki oldu".

Bu sözləri APA-nın yerli bürosuna Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük üzrə qızıl medal qazanan Süleyman İsmayılzadə deyib.

İdmançımız bu günkü yarışın çox çətin keçdiyini bildirib: “Bu gün mübarizə çox gərgin keçdi. 400 metr məsafədə sərbəst üsulla üzməklə böyük səy göstərdik. Çətin rəqiblərim olmasına baxmayaraq birinci oldum. Vətənimin bayrağını yüksəyə qaldırdım və bununla çox fəxr edirəm. Çox sevinirəm bu günkü qızıl medala görə. Bu, hamımızın böyük bir qələbəsidir. Buradan şəxsi məşqçimə dərin təşəkkürümü bildirirəm. Onsuz mən bu nəticəyə çata bilməzdim. Mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam və mənə dəstək olan hər kəsə minnətdaram”.

Bakıda ilk dəfə beynəlxalq triatlon yarışı keçiriləcək III MDB Oyunları: Azərbaycanlı atıcılar gümüş medal qazanıb Belarus idman nazirinin müavini: "Gəncəyə gələndə nostalji hisslər keçirdim" III MDB Oyunları: Azərbaycanlı üzgüçü gümüş medal qazanıb Cavid Həsənov: "Qızıl medal çox yaxın idi"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью