Süleyman Şah türbəsi geri qaytarılır?

11.12.2024

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azad Suriya Ordusunun (ASO) Menbiçdə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində PKK/YPG terrorçularından təmizlənmiş bölgədə yerləşən Süleyman Şah türbəsinin taleyi də bəlli olub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, ASO-nun əməliyyatları çərçivəsində türbənin əvvəlki yeri - Karakozak ərazisi də terrorçulardan təmizlənib.

Beləliklə, türbənin köhnə yerinə köçürülməsi üçün yol açılıb.

Xatırladaq ki, türbə 2015-ci ildə İŞİD terror təşkilatının intensiv hücumları səbəbindən risk altında idi. Bu səbəbdən 39 tank, 57 zirehli texnika, 100 maşın və 572 şəxsi heyətin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyatla tarixi türbə Türkiyə-Suriya sərhədində yerləşən Eşme bölgəsinə daşınıb. ASO-nun uğurlu əməliyyatından sonra türbənin yenidən əvvəlki yerinə köçürüləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью