Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi Koreya dilində nəşr olunub

21.04.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 21 aprel, AZƏRTAC

Azərbaycan dramaturqu Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi Cənubi Koreyanın “Boşluqları olan kitab rəfi” nəşriyyatının dəstəyi ilə Koreya dilində nəşr edilib.

AZƏRTAC xəbər verir ki, hekayəni Azərbaycan dilindən Koreya dilinə Koreyada yaşayan həmvətənimiz Leyla Məsimli tərcümə edib.

Nəşrin elmi redaktoru Koreyanın Hanyanq Universitetinin Koreya dili və ədəbiyyatı fakültəsinin professoru So Qyonq Soqdur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью