Süleyman Şükürov Avropa çempionu oldu

05.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Süleyman Şükürov almaniyalı Konstantin Distelə ipponla qalib gələrək karyerasında ikinci dəfə qitə çempionu olub.

Davud Namazlı (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) isə yarışı bürünc mükafatla başa vurublar.

Bununla da Azərbaycan cüdoçuları Avropa çempionatını ümumilikdə 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kiloqram) və Məhəmməd Musayev (66 kiloqram) Avropa çempionu olublar.

Qeyd edək ki, Avropa çempionatında 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edib. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью