Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Süleyman Şükürov mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.
Rəqibinə məğlub olan Şükürov mundialla vidalaşıb.
Qeyd edək ki, təmsilçimiz ilk görüşündə norveçli Kornelius Eylertseni məğlub etmişdi.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında indiyədək 4 medal qazanıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazandı - YENİLƏNİB Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb DÇ: Vüsal Qələndərzadə mundialla vidalaşdı - YENİLƏNİB Dünya çempionatı: Daha 4 cüdoçumuz tatamiyə çıxacaq Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB