Süleymanlı almaniyalı şahmatçıya qarşı

01.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turniri finiş xəttini yaxınlaşır.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı 12-ci turda almaniyalı Frederik Svane ilə qarşılaşacaq.

Ötən gün qrossmeysterimiz İddiaçılar turnirinin iştirakçısı Vaişali Rameşbabuya (Hindistan) qalib gəlib.

Aydının beş qələbəsi və 7,5 xalı var: o, üçüncü yerdədir. Svane yarım xal az toplayıb.

Niderlandlı Ervin L'Ami liderdir - 8 xal.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью