Süleymanlı çempionatın startını buraxacaq

30.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Şahmatçı Aydın Süleymanlı yanvarın 31-də "Landmark"da ölkə çempionatının açılış mərasimində iştirak edə bilməyəcək.

İdman.biz xəbər verir ki, o, hazırda Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirində mübarizə aparır.

Beynəlxalq yarış fevralın 2-də başa çatacağından, Süleymanlı Azərbaycan çempionatına bir qədər sonra qoşulacaq.

Qeyd edək ki, çempionat olimpiya sistemi üzrə keçiriləcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью