Süleymanlı ilk üçlük də yer almaq üçün mübarizə aparır

29.01.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın başa çatmasına dörd tur qalıb.

Turnirdə üç qələbə qazanan Azərbaycan şahmatçısı Aydın Süleymanlı ilk "üçlük"də yer almaq uğrunda mübarizəni davam etdirir.

O, 5,5 xal toplayıb və 4-cü yerdədir. Şahmatçımız Niderland təmsilçiləri Ervin L'Ami və Bencamin Bokdan yarım xal geri qalır. Lider 6,5 xal toplayan Çexiya şahmatçısı Tay Nquyendir.

Süleymanlının Kazıbek Nogerbek (Qazaxıstan), Vaişaşi Rameşbabu (Hindistan), Frederik Svane (Almaniya) və İrina Bulmaqa (Rumıniya) ilə oyunları qalıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью