Süleymanlıdan Niderlandda 3 cü qələbə

27.01.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" turniri davam edir.

İdman.biz xəbər verir ki, “Challengers” yarışının 8-ci turunda Azərbaycan şahmatçısı Aydın Süleymanlı Fransisko Oro (Argentina) üzərində qələbə qazanıb.

Üçüncü rəqibini məğlub edən qrossmeysterimiz xallarını 5-ə yüksəldib və ilk "üçlük"də qərarlaşıb. O, lider Tay Nquyendən (Çexiya) bir xal geri qalır.

Qeyd edək ki, bu gün istirahət edən şahmatçılar sabah IX turu oynayacaqlar. Aydın Süleymanlı qazaxıstanlı Kazıbek Noqerbeklə qarşılaşacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью