Süleymanova DÇyə vəsiqə qazandı

12.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova dünya çempionatına vəsiqə qazanıb.

Fanat.Az xəbər verir ki, o, yanvarın 7-dən 12-dək Bolqarıstanda keçirilən “Sofia Trophy” yarışında uğurla çıxış edib.

Təmsilçimiz qısa və sərbəst proqram üzrə 23 idmançı arasında 172,80 xalla beşinci yerə çıxıb və dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью