Sülh Avropanın region siyasəti üçün hava su kimi lazımdır

27.11.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Son həftələrdə Avropa ölkələrinin yüksək rütbəli nümayəndələrinin Azərbaycana intensiv səfərləri başlayıb. Bu, təsadüfi diplomatik fəallıqdır, yoxsa bunun arxasında çox ciddi strateji məsələlər dayanır? Böyük siyasətdə təsadüfi diplomatik gedişlərin olmadığını hər kəs yaxşı bilir. Bunun ən dəqiq və düzgün cavabı odur ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycana çox ciddi dividendlər gətirməyə başlayıb. Bu proses fasiləsiz və davamlı xarakter daşıyır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov bildirdi.

Deputat vurğuladı ki, Almaniyanın xarici işlər naziri gəldi. Bunun ardınca İtaliyanın Baş naziri və xarici işlər naziri, Monteneqronun Baş naziri, Gürcüstanın, Litvanın və Estoniyanın xarici işlər nazirləri ölkəmizə səfər etdilər. Yaxınlarda, yanvar və ya iyul ayında Liviyanın xarici işlər naziri də gəlmişdi. Bu coğrafiya Avropa ölkələrinin regionumuza, xüsusilə Azərbaycana böyük maraq göstərdiyini ortaya qoyur.

"Bunun birinci səbəbi Azərbaycan dövlətinin və onun Prezidentinin uğurlu enerji təhlükəsizliyi siyasəti həyata keçirməsidir. Avropa ölkələri enerji məsələlərinin onlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını yaxşı bilirlər. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz satırdıqsa, bu gün 13 Avropa ölkəsinə qaz ixrac edirik. Onlardan 10-u Avropa İttifaqına üzv dövlətdir. Avropa bazarlarına təxminən 12,8 milyard, bəlkə də 13 milyard kubmetr qaz satılır. İkinci səbəb, mənim fikrimcə, nəqliyyat-logistika sahəsində Azərbaycanın oynadığı mühüm rolla bağlıdır. Dünən Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat dialoqu keçirildi. Bu ayın əvvəlində isə Avropa İttifaqı Orta Dəhlizlə bağlı mövqeyini ifadə edərək onun strateji əhəmiyyətini vurğuladı. Üçüncü səbəb regiondakı sülh prosesi ilə bağlıdır. Avropa ölkələri bilirlər ki, Azərbaycan bu sülhün təmin olunmasında mühüm rol oynaya bilər. Sülh Avropanın özü, eləcə də onun region siyasəti üçün hava-su kimi lazımdır".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью