Sülh Azərbaycanın ən ali və əbədi hədəfidir!

20.07.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi Bakının sülhə yanaşma tərzi  bütün dünyaya örnək olmalıdır!

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 13 iyul 2026-cı il tarixində  “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumundakı çıxışı bütün dünyada ciddi əks-səda doğurmaqda davam edir. Müzəffər Ali Baş Komandan çıxış zamanı siyasətdən iqtisadiyyata, hərbdən qlobal həmrəyliyə qədər ən müxtəlif məsələlərə toxunub ki, bunlardan biri də sülh mövzusudur.

Sühün inkişaf və tərəqqi üçün başlıca şərt olduğunu vurğulayan dövlər başçısı Azərbaycanın uzun illər ərzində bu istiqamətdə atdığı addımlara toxunub, ölkəmizin bundan sonra da regional və qlobal sülh istiqamətindəki hər bir səyi dəstəkləyəcəyini bildirib.

Prezident İlham Əliyev çıxışında sülh haqqında çoxsaylı fikirlər səsləndirsə də, dövlət başçısının çıxışında diqqət çəkən ən mühüm məqam onun “sülh” məfhumuna ən müqəddəs dəyər kimi yanaşması, hər kəsi bu dəyər ətrafında birləşməyə səsləməsi olub. Dövlət başçısı deyib:

“Sülh nail olunmalı olan ən ali məqsəddir”. (https://president.az/az/articles/view/72945 )

Bəli, Prezident İlham Əliyevin bu ifadəsi sadəcə sülhün əhəmiyyətini izah etmir. Bu ifadə həm də sülhün bəşəriyyətin həyatındakı yerini və rolunu müəyyən edir. Azərbaycan Prezidenti bununla bütün dünyanın diqqətinə çatdırır ki, heç bir maraq, heç bir ambisiya sülhdən daha vacib, daha üstün ola bilməz. Bəşəriyyət, dünya dövlətləri öz milli maraqlarını təmin etməyə çalışarkən sülh faktorunun önəmini bir an belə olsun unutmamalı, sülhə xələl gətirməkdən çəkinməlidir. Çünki sülh elə bir dəyərdir ki, bütün digər dəyərlər yalnız sülhün varlığı fonunda önəm kəsb edir. Sülhsüz heç bir dəyər insanlığı rifaha və xoşbəxtliyə çatdıra bilməz. Məhz buna görə də sülh hər zaman Azərbaycan üçün ən böyük hədəf olub və bu hədəf bundan sonra da dəyişilməz olaraq qalacaq. Və bəşəriyyət o zaman sözün həqiqi mənasında rifaha və sevincə qovuşacaq ki, bütün dünya sülhü ən ali hədəf kimi müəyyən etsin.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью