Sülh bu şəhərdə imzalanacaq: Avadanlıq daşınır

12.06.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hərbi Hava Qüvvələri ABŞ vitse-prezidenti Vensin İranla anlaşma memorandumu imzalamaq üçün Cenevrəyə gedəcəyi təqdirdə lazım olacaq avadanlıqları Cenevrəyə daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, bunu "Axios" jurnalisti Barak Ravid məlumatlı mənbəyə istinadən bildirib.

O, cümə günü "X" sosial media platformasında yazıb: 

"Vensin imzalanma mərasimi üçün Cenevrəyə gələcəyi təqdirdə ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri avadanlıq çatdırmaq üçün Avropaya göndərilib".

Jurnalistin sözlərinə görə, ABŞ və İran həqiqətən də müqavilənin mətni ilə bağlı razılığa gəliblər, lakin hələlik yekun təsdiq alınmayıb. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью