“Sülh bütün problemlərin birdəfəlik həlli demək deyil” Rubinyan

15.09.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistan Milli Assambleyasının spikeri Ruben Rubinyan Azərbaycanla Ermənistan arasında sülhün bütün problemlərin birdəfəlik həlli anlamına gəlmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, Rubinyan bu barədə sentyabrın 14-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, sülh tərəflərin bir-birinin mövcud olmaq hüququnu və sərhədlərini qarşılıqlı şəkildə tanıması, həmçinin bir-birinə atəş açmaması deməkdir.
“Sülh o deməkdir ki, hər iki tərəf bir-birinin mövcud olmaq hüququnu qarşılıqlı olaraq tanımalı, bir-birinin sərhədlərini qarşılıqlı olaraq tanımalı və bir-birinə atəş açmamalıdır. Bu, sülhün əsas tərifidir”, - deyə Rubinyan bildirib.
Ermənistan parlamentinin spikeri qeyd edib ki, sülh əldə edildikdən sonra da tarixi hadisələr, ticarət və digər məsələlərlə bağlı fikir ayrılıqları qala bilər.
“Sülh bütün problemlərin birdəfəlik həlli demək deyil, nə də hər şeydə razılaşdığımız anlamına gəlir. Üstəlik, Azərbaycanla bağlı bir çox şey, o cümlədən kimlik baxımından da, bizi, xalqımızı narahat edəcək”, - deyə o vurğulayıb.
Rubinyan bildirib ki, tərəflərin bəzi məsələlərdə razılığa gələ bilməməsi və fikir ayrılıqlarının olması normaldır.
Onun sözlərinə görə, əsas məsələ fikir ayrılıqlarının silahlı qarşıdurmaya çevrilməməsidir.
“Bir-birimizə atəş açmaqda deyil, bu məsələdə fikir ayrılığımız olması yaxşıdır. Sakitcə irəliləməliyik”, - deyə Rubinyan əlavə edib.
Spiker həmçinin qeyd edib ki, Ermənistan lazım gəldikdə və öz maraqlarına əsaslanaraq müxtəlif məsələlərə uyğun şəkildə cavab verir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью