Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxındırlar”.
Bunu noyabrın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, danışıqların daha intensiv davam etdiriləcəyi bir-iki formul qalır.
“İşlər, hətta deyərdim ki, daha konstruktiv şəraitdə aparılır.
Ehtiyatlı nikbinliklə bildirmək istərdim ki, biz həqiqətən də sülh müqaviləsinin mətni üzrə yekun razılığa çox yaxınıq”, - deyə A.Mirzoyan bildirib.
Maraqlıdır, Ermənistan rəsmiləri bir tərəfdən deyirlər ki, sülh sazişinə yaxınıq, digər tərəfdən də ölkəsində anti-Azərbaycan tədbirləri ücün şərait yaradır.
Özünü aktivist elan edənləri toplayıb tədbirlər təşkil edir?