Sülh danışıqları tezliklə başlayacaq

05.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

NATO ölkələri etiraf edirlər ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar tezliklə başlamalıdır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Bloomberg" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, alyans ölkələri Ukraynada vəziyyətin qeyri-sabit olduğunu qəbul etdikləri üçün danışıqların mümkünlüyünü müzakirə etməyə başlayıblar. Mənbələr vurğulayıb ki, NATO danışıqların “tezliklə” başlamalı olduğunu başa düşür.

Agentliyin qeyd etdiyi kimi, Avropa ölkələri  də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa faydalı olduqlarını nümayiş etdirmək üçün bu məsələni müzakirə etməyə başlayıblar.

Tramp seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətində olduğunu bildirib. Prezident Volodimir Zelenski əvvəllər dəfələrlə etiraf edib ki, Tramp Ağ Evə qayıdarsa, Amerikanın Kiyevə dəstəyini dayandırmaq riski var.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью