Sülh danışıqları yalnız Rusiyanın resursları tükənəndə başlayacaq Andrey Yermak | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Düşmən müharibənin bitməsini deyil, Ukrayna və müttəfiqlərinin təslim olmasını istəyir..." Atəşkəslə bağlı gerçək danışıqların başlanması üçün Rusiyanı müharibəni davam etdirmək üçün resurslardan məhrum etmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak Lvovda yerli və regional hakimiyyətlər Konqresinin iclası zamanı bəyan edib.
Məlumatı "krymr.com" nəşri yayıb. "Bir daha vurğulayıram, yalnız güclülərə kömək edilir, ona görə də biz güclü olmalıyıq.
Dayanıqlı sülh barədə danışıqlar yalnız düşmənin müharibəni davam etdirmək üçün resursları tükənəndə başlayacaq, ona görə də qarşıda görüləcək işlərimiz həddən artıq çoxdur", - o, deyib.
Yermak xatırladıb ki, oktyabrın 24-də Ukrayna prezidenti Vladimir Zelenski qələbə planını təqdim edib.
Bu sənəd beynəlxalq tərəfdaşlara yönəlib və burada ölkəmizin mövqeyi və müharibənin sona çatdırılmasının gerçək mexanizmləri ifadə edilib.
Yermakın sözlərinə görə, 1261 yerli şuralardan 1087-si plana dəstəklə bağlı müraciət qəbul edib.
Tam oxu
Xəbəri oxu