Sülh danışıqlarını Brüsseldə müzakirə edəcəklər

20.05.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Andrey Sibiqa
Bu gün Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sibiqa görüş zamanı Avropa İttifaqındakı (Aİ) həmkarlarına Ukraynadakı döyüşlərin hazırkı vəziyyətindən, o cümlədən Türkiyədəki görüşlərdən, xüsusilə İstanbulda Ukrayna-Rusiya danışıqlarından sonra sülh prosesinin gedişi, həmçinin ABŞ, Aİ ölkələri, Ukrayna və Rusiya arasında təmaslar barədə məlumat verəcək.
Xarici İşlər Nazirliyinin rəhbəri ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya Federasiyasına növbəti təzyiqlərin və Ukraynanın gücləndirilməsinin vacibliyini vurğulamağı da planlaşdırır.
Xatırladaq ki, mayın 16-da Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında danışıqlar olub.
Ukraynanın Müdafiə naziri Rustem Umerov bildirib ki, danışıqlar zamanı atəşkəs və humanitar məsələlər, eləcə də liderlər səviyyəsində mümkün görüşü müzakirə ediblər.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью