Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır Mirzoyan

24.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıb. Hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün ciddi səylər göstərir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransada 4-cü Feminist Diplomatiya Konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

“Bəlkə də hamıya məlumdur ki, biz Azərbaycanla sülh bağlamışıq. Hazırda hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün böyük səylər göstərir. Hökumətin rəsmi sazişlərin imzalanması və konkret həllərin hazırlanması istiqamətində apardığı işlərlə paralel olaraq, cəmiyyətlərin barışması üçün də böyük ehtiyac var”, - nazir qeyd edib.

O vurğulayıb ki, sülh prosesinin uğuru yalnız rəsmi razılaşmalardan deyil, həm də cəmiyyətlərin qarşılıqlı anlaşmasından asılıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью