Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü bu ilin sonuna qədər keçiriləcək.
"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bunu təşəbbüsün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlər və Multikulturalizm Təhlili Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, görüş Ermənistanda keçiriləcək. Elektronika məhsulları
İlk görüş 21-22 oktyabr 2025-ci ildə İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyən edilib. Növbəti görüş 21-22 noyabr 2025-ci ildə hər iki ölkənin ekspertləri və QHT nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.
Son görüş yeri isə (10-12 aprel) Qəbələ olub. Görüş zamanı dialoqun inkişafı və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması məsələləri müzakirə olunub.