Sülh maneələri: Konstitusiya, MQ və Fransa təhriki... Ayrım

07.12.2024

Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransa kimi dövlətlər Ermənistanı Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır.

Sitat.info xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir:

“Bütün region dövlətləri buna müsbət yanaşmalıdır. Ermənistan öz konstitusiyasını dəyişməlidir. Sülhün əldə olunması üçün ATƏT-in keçmiş Minsk Qrupunun ləğvi də vacibdir. Fransa kimi dövlətlər isə Ermənistanı ruhlandıran, Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью