Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir məsələ qalırErmənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələ sülh müqaviləsinin vacib şərtlərindən biridir Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.
O qeyd edib ki, Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib.
Xatırladaq ki, ötən gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirmişdi ki, İrəvan Bakıya sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib və qarşı tərəfdən cavab gözləyir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələ sülh müqaviləsinin vacib şərtlərindən biridir.
Siyasi şərhçi bildirib ki, sülh müqaviləsinin indiyədək razılaşdırılmamış bütün bəndləri üzrə razılığa gəlmək imkanını hər iki tərəf rəsmən etiraf edib: