Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı KONKRET

16.10.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib.

“Mən 2031-ci ilə qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşıma məqsəd qoymuşam”, – deyə Ermənistanın baş naziri bildirib.

O, bu məqsədə 2031-ci ilə qədər nail olmaq üçün əlindən gələni edəcəyini bir daha vurğulayıb.

Paşinyan sərhədlərin delimitasiyasını və nəqliyyat-kommunikasiya əlaqələrinin blokdan çıxarılmasını da gündəlikdəki prioritet məsələlər sırasına daxil edib./Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью