Sülh olmasa, müharibə başlaya bilərmi? | Icma.az
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq. Ötən il Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı bəzi irəliləyişlər olsa
Bəs 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması baş turta bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, sülh danışıqlarında artıq diplomatiya limiti yavaş-yavaş azalır və konkret əməli addımların vaxtı gəlib çatıb.
Onun sözlərinə görə, Ermənistan hələlik konkret addımların atılmasında maraqlı deyil: “Sülhə hazır olmaq üçün kokret addımlar atmaq lazımdır.
Bu addımları biz qarşı tərəfdən görmürük. Ermənistana xaricdən təsir olmasa, bunu etmək mümkün olar.
Ancaq biz görürük ki, xüsusilə Fransa tərəfindən Ermənistana fövqəl dərəcədə təsir göstərilir.
Məhz Makronun ötən gün çıxışı da bundan xəbər verir. Belə halda Paşinyandan nə isə gözləmək çətin olar.
Bizim tələblərimiz yenə də qüvvədə qalır. Bunlar aradan qaldırıldıqdan sonra bunu etmək mümkün olacaq.
Tam oxu
Xəbəri oxu