Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2022-ci ildə Ermənistanda “türk agenti” adlandırılaraq “persona non qrata” elan olunmasına çağırış edilən Türkiyə parlamentinin erməni əsilli eks deputatı Karo Paylan adəti üzrə Ermənistanı rifahını düşünür.Adalet.az xəbər verir ki, Paylan Türkiyə mediasına açıqlama verib.
O bildirib ki, Türkiyə hökumətində Ermənistanla sərhədlərin açılmasının əleyhinə olan yoxdur:” Öyrəndim ki, buğdanın 95 faizi Rusiyadan gəlir və Rusiyadan bu qədər asılı olmaq yaxşı hal deyil.
Eyni şey qaz üçün də keçərlidir. Bu vəziyyəti bir az dəyişmək lazımdır.
Bu müqavilə imzalansa, biz qazın 40 faizini Azərbaycandan, 30 faizini İrandan, 40 faizini isə Rusiyadan ala bilərik.
Buğda da belədir, 40 faizini Türkiyədən və ya başqa ölkələrdən ala bilərik.
Hətta sərhəd açılsa, turistlər hər iki tərəfdən gəlib-gedə bilər.
Biz azad və müstəqil olmalıyıq”.Yəqin ki, Paylan ermənilərin türklərə olan nifrət və ədavət hissinə işarə edərək bu fikirləri də deməyi unutmayıb:” Təəssüf ki, biz çox emosionalıq, lakin siyasətçi təhlükələri və imkanları görməlidir”.Paylanbu məsələlərdə burada Trampın mövqeyini çox önəmli hesab edib:”Tramp praqmatik liderdir, bütün ölkələrlə ticarət etmək istəyir.