Sülh Pınarı Əməliyyatı bölgəsində hərəkətlilik: Suriya Milli Ordusundan cəbhəyə ağır silahların daşınması

08.01.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın şimalında terror təşkilatı PKK/YPG-dən azad edilən “Barış Pınarı” əməliyyatı bölgəsində gecə yarısı aktivlik olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya Milli Ordusu (SNA) PKK/YPG ilə ön cəbhəyə ağır silahlarla birlikdə tank, maşın və döyüşçülər göndərib.

SMO Birgə Qüvvələrinin Rəs əl-Ayn komandanı Əbu Abdullah, hərbi hazırlıqları həyəcan səviyyəsinə çatdırdıqlarını açıqladı.

Qeyd edək ki, 2019-cu ilin oktyabrında Türkiyənin “Barış Pınarı” əməliyyatı ilə Tel Abyad və Rəsulayn rayonları terror təşkilatı YPG/PKK-nın işğalından azad edilib.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью