Sülh prosesinin təşəbbüskarı | Icma.az
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Dövlətimizin başçısı çıxışında belə bir mühüm tədbirin üçüncüdəfədir ki, Qarabağda keçirildiyini, Şuşa Media Forumunun artıq ənənəvi xarakter aldığını,bu ənənənin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev sualları cavablandırarkən ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 –a toxunaraq bunun, ölkəmizdə ilin tədbiri olduğunu qeyd edib.
Tədbirə təxminən 200 ölkədən nümayəndənin gəldiyini, onların sırasında 70 dövlət və hökumət başçısı olduğunu diqqətə çatdırıb.
Ölkə başçısı bunun, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdiyini bildirib.
Dövlətimizin başçısı çıxışında işgaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işlərindən bəhs edib, quruculuq işlərində Azərbaycana dəstək olan qardaş ölkələrin prezidentlərinə təşəkkürünü bildirib.
Azərbaycan ilə Çin arasındakı mövcud münasibətlərə toxunan Prezident İlham Əliyev iki ölkə arasında imzalanan sənədlər, “Strateji tərəfdaşlıq haqqında”,“Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatlar”dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirdiyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu