Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi və diplomatik münasibətlər uzun illərə söykənən dostluq və qardaşlıq prinsipləri üzərində formalaşmışdır.
Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” informasiya agentliyinə müsahibəsində bu münasibətlərin strateji əhəmiyyəti və inkişaf perspektivləri ətraflı şəkildə dəyərləndirilib.
Prezidentin vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq sadəcə rəsmi münasibətlər səviyyəsində deyil, həm də dərin tarixi-mədəni bağlara, ortaq türk kimliyinə və qarşılıqlı etimada əsaslanır.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr qarşılıqlı inam və yüksək səviyyəli dialoq əsasında inkişaf edir.
Prezident son üç il ərzində Qazaxıstana yeddi səfərinin baş tutduğunu vurğulayaraq, bunun hər iki ölkə rəhbərliyi arasında intensiv əlaqələrin və qarşılıqlı siyasi iradənin göstəricisi olduğunu bildirib.
Belə sıx təmaslar yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional proseslərdə koordinasiyanın möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının rolunu da xüsusi qeyd etmişdir.