Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi

14.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müharibənin başa çatdırılması üzrə razılaşmanı yekunlaşdırmaq üçün Qətər nümayəndə heyəti İrana gedib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadla məlumat yayıb.

“Qətər nümayəndə heyəti ABŞ və İsrailin başlatdığı müharibənin dayandırılması ilə bağlı razılaşmanın yekun təsdiqini almaq məqsədilə Tehrana səfər edib.

Bu səfər Vaşinqton və İslamabadın çərçivə sazişinin artıq bazar günü imzalana biləcəyinə işarə etməsi fonunda baş tutub. Belə bir razılaşma təxminən dörd aydır davam edən hərbi qarşıdurmaya və iqtisadi çətinliklərə son qoya bilər.

Lakin İran rəsmiləri bu vaxt cədvəlinə şübhə ilə yanaşıb, ölkə daxilindəki sərt xətt tərəfdarları isə müzakirə olunan şərtlərə etirazlarını ifadə ediblər”, - məlumatda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью