“Sülh sazişi üçün geridönüş yoxdur”

28.11.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistan dövlət başçıları 8 avqustda Ağ Evdə otuz ildən çox davam edən münaqişəni bitirmək məqsədilə sülh sazişini paraflayıblar”.

Bu sözləri deputat Müşviq Cəfərov “Xalqcəbhəsi. az”-a açıqlamasında bildirib.

Onun fikrincə, sazişin imzalanması üçün əsas maneə Ermənistanın Konstitusiyasında dəyişiklik etməməsidir: “Sülh müqaviləsi Cənubi Qafqazın iqtisadi inteqrasiyasına şərait yaradacaq, sərhədlərin açılmasını və bölgənin Avropa–Asiya tranzit qovşağına çevrilməsini təmin edə bilər.Ermənistan hökuməti bütün güzəştlərə hazırdır və sülh prosesinin tezliklə başa çatması hər iki tərəfin xeyrinədir.Əminliklə deyə bilərik ki, sülhə gedən yol görünür və artıq geridönüş yoxdur”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью