Sülh sazişinin imzalanması sabitlik üçün əsas elementdir

30.01.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə iş Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əsas məsələlərdən biridir.

Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.

"Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Onun tənzimlənməsi prosesi davam edir. Bunun da mərkəzi aspekti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin hazırlanması üzrə işdir", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, regionda gərginliyə Qərb ölkələrinin Cənubi Qafqazda öz təsirini möhkəmləndirmək cəhdləri səbəb olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью