“Sülh Şurası Azərbaycanın strateji maraqlarına uyğun gəlir” ŞƏRH

22.01.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sülh Şurası təkcə Qəzza sektorunun idarə edilməsi ilə bağlı deyil. Bu, beynəlxalq bir təşkilat yaradılması deməkdir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“16 yanvar tarixində ABŞ Prezidenti yeni bir beynəlxalq təşkilat qismində Sülh Şurasını yaratdığını elan edib. Eyni zamanda Azərbaycan da təşkilatın təsisçisi və üzvü kimi dəvət alıb və bunu məmnunluqla qəbul edib.

Bu, yeni dünya düzənində BMT, ATƏT, Avropa İttifaqı kimi güc mərkəzlərinə paralel bir qurumun yaradılması deməkdir və Azərbaycanın strateji maraqlarına uyğun gəlir.

Son 30 il ərzində münaqişənin qurbanı olan bir ölkə kimi Azərbaycan beynəlxalq təşkilatların uğursuzluğunu müşahidə edib. Məsələn, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi, amma onları yerinə yetirmək üçün heç bir mexanizm yox idi. ATƏT-in Minsk prosesi də həmişə tənqid olunurdu”.

O əlavə edib ki, ABŞ Prezidenti yeni təşkilatın yaradılmasını masaya qoyaraq bu boşluğu doldurur.

Banu

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью