Sülh Şurası BMT nin əvəzedicisi deyil

28.01.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


ABŞ öz təşəbbüsü ilə yaradılmış Sülh Şurasını BMT-nin əvəzedicisi hesab etmir.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir Marko Rubio bildirib.
O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində Sülh Şurasının yaradılması ilə bağlı şərh verərkən vurğulayıb ki, BMT Qəzza zolağında ərzaq yardımı göstərməkdən başqa iş görməyib.
Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza zolağında sülhün nizamlanması çərçivəsində yaradılmış Sülh Şurasının nizamnaməsini 19 ölkənin nümayəndələri imzaladılar. ABŞ Prezidenti Donald Tramp digər dövlətlərin də təşkilata qoşulduğunu açıqladı. Sülh Şurası İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında Qəzza zolağını idarə etmək üçün bağlanmış razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdə münaqişələrin qarşısının alınması və həlli üçün də çalışacağı gözlənilir.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью