Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
"Tramp, BMT və Qərb xaricində irəli sürdüyü təşəbbüsə dəstək axtarır. Bu səbəbdən də qurulacaq təşkilatın BMT mandatı ilə üst-üstə düşüb düşməyəcəyi ilə bağlı özündə suallar doğurur. Bu səbəbdən bəzi ölkələr içində tərəddüd edənlər var".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi Sülh Şurasının BMT-yə alternativ ola biləcəyi ehtimallarına aydınlıq gətirərkən səsləndirib. O qeyd edib ki, Fələstin hökuməti quruluşun daimi olmasını qəbul etməyəcəyini bildirib və qurumu BMT çərçivəsində müvəqqəti vasitə kimi görür:
"Bu da onu göstərir ki, tərəflər arasında razılıq əldə olunması qurumun işində əsas detallardan hesab edilməsi lazımdır. Əks halda şuranın effektliyi sual altına düşür. Bu baxımdan Sülh Şurasının hələ fəaliyyətə yeni başladığını nəzərə alsaq və onun qarşıya qoyduğu, iki ölkə arasında sülh planlarının nə qədər öhdəsindən layiqincə gələ bilməsi haqda fikir bildirmək üçün zamana ehtiyac var. Ümid edirəm ki, bu işlərin nəticəsində fələstin xalqına qarşı heç bir siyasi məqsədlər tətbiq edilməyəcək".
Süleyman