“Sülh Şurası yalnız Qəzzada fəaliyyət göstərməyəcək” Uitkoff

22.01.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sülh Şurası təkcə Qəzza zolağında deyil, digər bölgələrdə də fəaliyyət göstərəcək”.

525.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

"Bəlkə də ən əsası odur ki, biz Qəzzada və Sülh Şurasının fəaliyyət göstərəcəyi hər yerdə gələcək üçün ümid yaratdıq", - o, Davosda Sülh Şurasının təsis mərasimində bildirib.

Qeyd edək ki, bu gün Davosda ABŞ tərəfindən yaradılan Qəzza üzrə "Sülh Şurası"nın nizamnaməsi imzalanıb. 

Tramp deyib ki, şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var. Əlavə edib ki, yeni təşkilata rəhbərlik etmək onun üçün böyük şərəfdir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью